Malavinin vitse-prezidenti təyyarə qəzasında həlak olub

malavinin-vitse-prezidenti-teyyare-qezasinda-helak-olub
Oxunma sayı: 1792

Xəbər verdiyimiz kimi, dünən göyərtəsində Malavinin vitse-prezidenti Saulos Çiliman və daha 9 nəfərin olduğu təyyarə radarlardan itib. Təyyarənin meşəlik ərazidə qəzaya uğradığı ehtimal edilirdi.

“Qafqazinfo”nun Keniyanın “Capital FM” radiostansiyasına istinadən məlumatına görə, xilasedicilər sözügedən təyyarənin qalıqlarını aşkar edib.

Bildirilir ki, təyyarənin göyərtəsində olan bütün şəxslər həlak olub.