Malayziyada bərə yandı, 55 nəfər xilas edildi - Video

malayziyada-bere-yandi-55-nefer-xilas-edildi-video
Oxunma sayı: 725

Malayziyanın Kedah əyalətində bərədə yanğın baş verib.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, Lanqkavi adasından Perlis eyalətinə gedən bərədə 55 nəfər olub.

Həyəcan siqnalı verildikdən sonra xilasedicilər 8 dəqiqə ərzində hadisə yerinə gəliblər. Bərədə köməksiz qalan və özünü suya atan bütün sərnişinlər isə xilas ediliblər.

Yanğının səbəbi bilinmir.