Malayziyada iki qatar toqquşdu, 213 yaralı - Fotolar

malayziyada-iki-qatar-toqqusdu-213-yarali
Oxunma sayı: 943

Malayziyanın paytaxtı Kuala Lumpurda metro xəttində iki qatar toqquşub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 213 nəfər yaralanıb.

Ölkənin nəqliyyyat naziri Vi Ka Sionq bildirib ki, test sürüşü edən boş qatar relslərdən çıxaraq, qarşıdan gələn qatarla toqquşub.

Qeyd olunub ki, yaralananlardan 47-nin vəziyyəti ağırdır və onlar xəstəxanaya yerləşdiriliblər.