Malayziyanın 94 yaşlı Baş Naziri istefa verdi

malayziyanin-94-yasli-bas-naziri-istefa-verdi
Oxunma sayı: 1384

Malayziyanın 94 yaşlı Baş Naziri Mahathir Bin Mohammad bu gün istefa verib. “Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, bu barədə Baş Nazirin administrasiyası məlumat yayıb.

Buna səbəb onun müxalif partiyalarla koalisiya qurmaq cəhdlərinin nəticəsiz qalması olub.

Baş Nazir istefa üçün ölkə kralı Abdullah Pahanqa ərizə ilə müraciət edib.

Qeyd edək ki, Mahathir Bin Mohammad dünyanın ən yaşlı ölkə başçısı idi.