Maldiv adalarında görüntülənən ukraynalı deputatın mandatı ləğv edildi

maldiv-adalarinda-goruntulenen-ukraynali-deputatin-mandati-legv-edildi
Oxunma sayı: 2561

Ukraynada Maldiv adalarında istirahətdə görüntülənən deputatın mandatı ləğv edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə iyulun 27-də keçirilib.

320 nəfər deputatın lehinə, iki nəfər bitərəf qalıb, əleyhinə isə səs verən olmayıb.

Bildirilib ki, 48 yaşlı Yuri Aristov Ali Radaya “Xalqın qulluqçusu” partiyasından seçilib.

Vurğulanıb ki, deputatın istirahəti ilə bağlı məlumat yerli mediada iyulun 24-ü dərc olunub.

Yuri Aristiv, həmçinin cinayət işində şübhəli bilinir, artıq onun mənzilində axtarışlar aparılıb.