Maldivin parlament spikeri, keçmiş prezident Məhəmməd Naşid paytaxtda baş vermiş partlayış nəticəsində yaralanıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, insident nəticəsində yaralanan Naşid xəstəxanaya yerləşdirilib.
Partlayış spikerin evinin yaxınlığında baş verib. Belə ki, Naşid avtomobilinə əyləşən zaman hadisə törədilib.
Ondan başqa, Məhəmməd Naşidin cangüdəni və hadisə şahidlərindən biri də yaralanıb. Partlayışın terror aktı olması istisna edilmir. Hazırda hadisənin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb.
Son xəbərlər
Son Xəbərlər