Malidə silahlılar BMT-nin sülhməramlılarına hücum ediblər.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hücum zamanı 9 sülhməramlı yaralanıb.
İnsident Timbukt şəhərində qeydə alınıb. Silahlıların hücumu nəticəsində xəsarət alan BMT hərbçiləri Bamakoyadakı xəstəxanaya yerləşdiriliblər.
Yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib.
Son xəbərlər
Son Xəbərlər