Malidə qəbilə üzvlərinə qarşı hücumda 37 nəfər ölüb

malide-qebile-uzvlerine-qarsi-hucumda-37-nefer-olub
Oxunma sayı: 1209

Malidə yaşayan Fulani qəbiləsinin üzvləri yenidən hücuma məruz qalıblar.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, silahlı hücum nəticəsində qəbilənin 37 üzvü öldürülüb.

Hökumətdən verilən açıqlamaya görə, hücum Dozos ovçu qrupu tərəfindən həyata keçirilib.

Qeyd edək ki, son illər Malidə baş verən terror nəticəsində Fulani qəbiləsinin üzvləri bir neçə dəfə hücuma məruz qalıblar.