Malidə qəza, 20 ölü, 11 yaralı

malide-qeza-20-olu-11-yarali
Oxunma sayı: 956

Mali Respublikasında mikroavtobusla yük maşını toqquşub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, nəticədə azı 20 nəfər ölüb, 11 nəfər yaralanıb. Hadisə ölkənin cənub-qərbində Solabuqud və Naren şəhərləri arasında baş verib.

Nəqliyyat naziri İbrahim Əbdül Li ölənlərin ailələrinə başsağlığı verib, Ramazan bayramı ərəfəsində sürücüləri yollarda diqqətli olmağa çağırıb.