Malidə qiyamçı hərbçilər Prezident və Baş Naziri həbs etdilər

malide-qiyamci-herbciler-prezident-ve-bas-naziri-hebs-etdiler
Oxunma sayı: 2391

Malidə qiyamçı hərbçilər Prezident İbrahim Bubakar Keyta və BNazir Bubu Sisseni həbs ediblər. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “France Presse” agentliyi xəbər verib.

“Prezident və Baş Nazir onları Katiyə aparan zirehli transportyordadır”, - qiyamçıların nümayəndəsi agentliyə bildirib. 

Mənbə “RİA Novosti”yə məlumatı təsdiq edib. 

Daha əvvəl yerli və Qərb mediası Bamako paytaxtı yaxınlığında hərbi bazada qiyamın baş verməsi haqda yazmışdı.