Malik Həsənov bu dəfə onları dinlədi - Fotolar

Malik Həsənov bu dəfə onları dinlədi
Oxunma sayı: 1708

Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülən Malik Həsənovun seçicilərlə növbəti görüşü keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 67 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən namizədliyi qeydə alınan M.Həsənov təbliğat-təşviqat kampaniyası çərçivəsində sakinlərlə görüşərək onlarla müzakirələr aparır. M.Həsənov bu dəfə rayonunun Muğan kəndində seçicilərlə görüşüb və vətəndaşların təkliflərini dinləyib.

Bundan öncə də bu dairədən deputat seçilən Malik Həsənov vətəndaşların daha əvvəl həll edilən və hazırda həllini gözləyən problemlərindən xəbərdar olduğunu bildirib. Millət vəkili seçiləcəyi təqdirdə yenə də bu cür problemlərin həlli üçün əlindən gələni edəcəyini deyib. Muğan sakinləri isə seçkidə ona dəstək olacaqlarını bildiriblər.

Qeyd edək ki, Malik Həsənov IV və V çağırış Milli Məclisin deputatı, Milli Məclisin Regional Məsələlər Komitəsinin və İntizam Komissiyasının üzvü olub.







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi