Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Malik Həsənov kəndlərdə keçirdiyi çoxlu görüşlərdən sonra bu gün rayon mərkəzində seçicilərin qarşısına çıxıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, 67 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən namizədliyi qeydə alınan M.Həsənov Cəlilabad şəhər sakinləri ilə görüşüb.
M.Həsənov təbliğat-təşviqat kampaniyası çərçivəsində sakinlərlə görüşərək müzakirələr aparıb. O, şəhər sakinlərinin təkliflərini dinləyib və qaldırılan məsələlərlə bağlı öz fikirlərini bildirib.
Son 10 ildə bu dairədən deputat seçilən Malik Həsənov seçicilərini yaxşı tanıdığını, onların qayğılarını da, son illər sakinlər üçün görülən işləri də yaxşı bildiyini deyib. Növbəti dəfə millət vəkili seçiləcəyi təqdirdə yenə də seçicilərinin yanında olacağını əlavə edib.
Sakinlər də Malik Həsənovun bu illər ərzində deputat kimi fəaliyyətindən razı qaldıqlarını, bu dəfə də seçkidə onu dəstəkləyəcəklərini bildiriblər.
Qeyd edək ki, Malik Həsənov IV və V çağırış Milli Məclisin deputatı, Milli Məclisin Regional Məsələlər Komitəsinin və İntizam Komissiyasının üzvü olub.





Son xəbərlər
Son Xəbərlər