Malik Həsənov bu dəfə Şorbaçı və Cəlayir kənd sakinləri ilə görüşdü - Fotolar

malik-hesenov-bu-defe-sorbaci-ve-celayir-kend-sakinleri-ile-gorusdu
Oxunma sayı: 2001

Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülən Malik Həsənovun seçicilərlə görüşü davam edir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 67 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən namizədliyi qeydə alınan M.Həsənov təbliğat-təşviqat kampaniyası çərçivəsində sakinlərlə görüşərək onlara öz platforması haqda məlumat verir. M.Həsənov bu dəfə rayonunun Şorbaçı və Cəlayir kəndlərində seçicilərlə görüşərək vətəndaşların müraciətləri və problemlərini dinləyib. Keçmiş millət vəkili olan Malik Həsənov əvvəl də bu dairədən deputat seçildiyi üçün vətəndaşların indiki vəziyyətini və son zamanlar ortaya çıxan problemlərindən xəbərdar olduğunu bildirib.

O, bundan sonra da bu cür problemlərin həlli, vətəndaşların istəklərinin parlament tribunasında səsləndirilməsi üçün çalışacağını bildirib. Malik Həsənov əlavə edib ki, YAP-ı təmsil edən hər bir namizəd kimi onun da vəzifəsi sıravi vətəndaşlara xidmət etməkdir.

Qeyd edək ki, Malik Həsənov IV və V çağırış Milli Məclisin deputatı, Milli Məclisin Regional Məsələlər Komitəsinin və İntizam Komissiyasının üzvü olub.