Malik Həsənov bundan sonra da seçicilərin yanında olacağını bildirdi - Fotolar

malik-hesenov-bundan-sonra-da-secicilerin-yaninda-olacagini-bildirdi
Oxunma sayı: 3186

Yeni Azərbaycan Partiyasının 67 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən namizədi Malik Həsənovun seçicilərlə növbəti görüşü keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, M.Həsənov təbliğat-təşviqat kampaniyası çərçivəsində sakinlərlə görüşərək onlara öz platforması haqda məlumat verir. M.Həsənov bu dəfə rayonunun Astanlı, Zopun, Kürdlər və Sərhədabad kəndlərində seçicilərlə görüşərək vətəndaşların müraciətləri və problemlərini dinləyib.

Keçmiş millət vəkili olan Malik Həsənov bu illər ərzində də seçicilərinin yanında olduğunu, bundan sonra onlara dəstək olacağını bildirib.

Malik Həsənov əlavə edib ki, YAP-ı təmsil edən hər bir namizəd kimi onun da vəzifəsi sıravi vətəndaşlara xidmət etməkdir.

Qeyd edək ki, Malik Həsənov IV və V çağırış Milli Məclisin deputatı, Milli Məclisin Regional Məsələlər Komitəsinin və İntizam Komissiyasının üzvü olub.