Malik Həsənov Cəlilabadda 3 kəndin sakinləri ilə görüşdü - Fotolar

malik-hesenov-celilabadda-3-kendin-sakinleri-ile-gorusdu
Oxunma sayı: 4026

YAP-ın 67 saylı Cəlilabad Şəhər Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Malik Həsənovun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşü başlayıb.

"Qafqazinfo" xəbər verir ki, YAP-ın namizədi bu gün rayonun Şatırlı, Ləkin və Kövüzbulaq kəndlərində görüş keçirib. M. Həsənov vətəndaşların müraciətləri və problemlərini dinləyib.  

Malik Həsənov abadlıq və quruculuq işlərinin davam edəcəyini bildirib. O əlavə edib ki, partiya rəhbərliyi tərəfindən qarşısına seçicilərin rəğbətini qazanmaq, sıravi vətəndaşlara xidmət etmək vəzifəsi qoyulub.

Vətəndaşlar isə öz növbəsində onları narahat edən sosial problemlərdən danışıb. 

Qeyd edək ki, Malik Həsənov IV və V çağırış Milli Məclisin deputatı, Milli Məclisin Regional Məsələlər Komitəsinin və İntizam Komissiyasinin üzvü olub.