Malik Həsənov günün 2-ci görüşünü keçirdi - Fotolar

malik-hesenov-gunun-2-ci-gorusunu-kecirdi
Oxunma sayı: 1185

67 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən deputatlığa namizəd Malik Həsənov bu gün rayon mərkəzində ikinci görüşünü keçirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş M.Həsənov gün ərzində iki dəfə Cəlilabad şəhər sakinləri ilə görüşüb. Gün müxtəlif saatlarında seçicilərin zamanına uyğun olaraq onlarla seçki öncəsi müzakirələr aparıb.

M.Həsənov təbliğat-təşviqat kampaniyası çərçivəsində gördüyü işlərdən, seçki platformasından danışıb və növbəti dəfə deputat seçiləcəyi təqdirdi görəcəyi işlər, irəli sürəcəyi məsələlər haqda sakinləri məlumatllandırıb.
O, şəhər sakinlərinin seçki platforması ilə bağlı təkliflərini dinləyib və qaldırılan məsələlərə öz fikrini bildirib. Seçicilər Malik Həsənovun bu illər ərzində deputat kimi fəaliyyətindən razı qaldıqlarını, əvəlki seçkilərdə olduğu kimi bu dəfə də onu dəstəkləyəcəklərini bildiriblər.

Qeyd edək ki, Malik Həsənov IV və V çağırış Milli Məclisin deputatı, Milli Məclisin Regional Məsələlər Komitəsinin və İntizam Komissiyasının üzvü olub.