Maliyyə Bazarlarına Nəzarət Palatası Nəsimi rayonunda tədbir keçirdi - Foto

maliyye-bazarlarina-nezaret-palatasi-nesimi-rayonunda-tedbir-kecirdi
Oxunma sayı: 1154

Nəsimi rayonunda Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Sığorta həftəsi“ çərçivəsində daşınmaz əmlakın icbari sığortası üzrə məlumatlandırma işlərinin aparılması istiqamətində tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Anar Tağıyev çıxış edərək sığorta savadlılığının artırılması həmçinin daşınmaz əmlakın icbarı sığortasının vacibliyi və əhəmiyyəti haqqında iclas iştirakçılarına geniş məlumat verib.

Daha sonra tədbirin digər təşkilatçıları, Palatanın, İcbari Sığorta Bürosunun və Azərbaycan Sığortaçılar Assosisasiyasının əməkdaşları çıxış ediblər.

Müzakirə və diskussiya formatında keçirilən təlimdə iştirakçılar sığortanın mahiyyəti, növləri, sığorta riskləri, daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, bazardakı mövcud durum və gələcək layihələr barədə məlumat əldə ediblər.