Maliyyə Bazarlarına Nəzarət Palatasında elektron xidmətlər sistemində problem yaranıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə RealTV.az-a banklardan məlumat verilib.
İlkin məlumata görə, səbəb Maliyyə Bazarlarına Nəzarət Palatasının yerləşdiyi binada – Bülbül prospekti 27 ünvanında elektrik enerjisinin verilməsində yaranmış problemdir. Belə ki, səhər saatlarında binaya elektrik enerjisinin verilməsi dayanıb, generatorlar isə işləməyib. Nəticədə elektron xidmətlər üçün nəzərdə tutulmuş serverlər işini dayandırıb.
***
“Azərişıq” QSC-nin mətbuat katibi Tanrıverdi Mustafayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, elektrik problemi Maliyyə Bazarlarına Nəzarət Palatasının binasının öz daxilində yaranıb.
“Palatadan əməkdaşlarımıza müraciət edildikdən sonra işçilərimiz əraziyə baş çəkdi və mövcud problem aradan qaldırıldı”,- deyə qurum rəsmisi qeyd edib.
Son xəbərlər
Son Xəbərlər