Maliyyə Nazirliyindən 20 milyonluq istiqraz

maliyye-nazirliyinden-20-milyonluq-istiqraz
Oxunma sayı: 1174

Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102009492 ISIN kodlu, 182 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fond Birjasından "Qafqazinfo"ya verilən məlumata görə, 6 investor tərəfindən 10 sifariş təqdim olunub, sifarişlərin nominal üzrə ümumi məbləği 26,464,300.00 AZN təşkil edib.

Sifarişlər 92.1659 (gəlirlik 17.1878 faiz) və 95.9300 (gəlirlik 8.5791 faiz) qiymət intervalında təqdim edilib.

İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 93.8967 (gəlirlik 13.1436 faiz) orta ölçülmüş qiymət 94.3208 (gəlirlik 12.1753 faiz) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 20.04.2016 (t+1) tarixində həyata keçiriləcək. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 000 000 AZN məbləğində müəyyən edilib.

İstiqrazların ödəmə tarixi 18 oktyabr 2016-cı ildir, tədavül müddəti – 182 gündür.

Həmçinin Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104010498 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə də hərrac keçirilib.

6 investor tərəfindən 11 sifariş təqdim olunub, sifarişlərin nominal üzrə ümumi məbləği 12,049,700.00 AZN təşkil edib.

Sifarişlər 84.0344 (gəlirlik 19.1035 faiz) və 91.3500 (gəlirlik 9.5212 faiz) qiymət intervalında təqdim edilib.

İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 87.0100 (gəlirlik 15.0115 faiz) orta ölçülmüş qiymət 89.8585 (gəlirlik 11.3482 faiz) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 20.04.2016 (t+1) tarixində həyata keçiriləcək. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 000 000 AZN məbləğində müəyyən edilib.

İstiqrazların ödəmə tarixi 18 aprel 2017-ci ildir, tədavül müddəti – 364 gündür.