“Mall”lar, gözəllik salonları ikihəftəlik bağlandı

malllar-gozellik-salonlari-ikiheftelik-baglandi
Oxunma sayı: 2007

Xəbər verdiyimiz kimi, bu gündən etibarən ölkədə sərt karantin rejimi başlayır. 

“Qafqazinfo” Operativ Qərargaha istinadən xəbər verir ki, aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılır:

Nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

muzey və sərgi zallarının fəaliyyəti;

bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

Qeyd edək ki, iyunun 21-dən iyulun 5-dək Azərbaycanın Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Cəlilabad, Masallı, Yevlax şəhərləri və Abşeron rayonunda xüsusi karantin rejimi tətbiq ediləcək.