Bu gün Bakı vaxtı ilə saat 22:00-da Maltada keçiriləcək Malta – Azərbaycan oyununu idarə edəcək ispaniyalı hakimlər briqadasında dəyişiklik baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, qarşılaşmanın baş hakimi Alexandro Hernandesi 4-cü hakim Sezar Sato Grado əvəzləyib. 4-cü hakim funksiyası Malta Futbol Federasiyasından Emanuel Greçə həvalə olunub.
Son xəbərlər
Son Xəbərlər