Maltanın “Avroviziya” xərcləri araşdırılır - Korrupsiya iddiaları

maltanin-avroviziya-xercleri-arasdirilir
Oxunma sayı: 2108

Maltanın “Avroviziya” mahnı müsabiqəsi üçün xərclədiyi maliyyə barədə araşdırma aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb təmsilçi Destiny üçün ayrılan pulun miqdarının artıq olmasıdır. Belə ki, Malta Turizm İdarəsi təkcə builki iştirakçıya 350 min avro (təxminən 726 min AZN) xərcləyib. İddia olunur ki, ölkənin xarici işlər və ticarət inkişaf naziri Karmelo Abela korrupsiya ilə məşğuldur. Həmçinin, nazirliyin xaricdən olan şəxslərə pul verdiyi, bukmeykerlərin proqnozlarında Maltanın qalib olmasını təşviq etmək üçün pul ayırdığı qeyd edilib.

Yoxlamalara 31 maydan başlanılacaq və bu pulun necə xərcləndiyi araşdırılacaq.

Xatırladaq ki, Maltanın “Avroviziya” xərcləri ilə bağlı narahatlıqlar ilk dəfə yaşanmır.