Mamayev qələbəsini belə şərh etdi

mamayev-qelebesini-bele-serh-etdi
Oxunma sayı: 1629


İdmançı “Qafqazinfo”ya açıqlamasında bu medalı çoxdan gözlədiyini bildirib:

“Sevinirәm ki, qızıl medal qazana bildim. Avropa Oyunlarından öncә dә birinciliyi hәdәflәmişdim. Hәmişә zirvәdә olmaq istәmişәm. Bunu bacardığım üçün çox şadam. Ölkәmizim himnini sәslәndirdim. Hәr görüşә çıxmamışdan öncә dә içәridә himnimizi oxuyurdum ki, ruh yüksәliyi olsun”. 

Ayxan Mamayev gələcək planlarından da danışıb:

“Bu qәlәbәni azarkeşlәrә, bütün Azәrbaycan xalqına hәsr edirәm. Rәqiblәrim içindә әn güclüsü yunanıstanlı idmançı idi ki, qrupda da onunla qarşılaşdım, finalda da. Düzdü, hesab 1:1 oldu. Hakimlәr mәni güclü saydı vә 3:2 hesablı qәlәbә qazandıq. Karate üzrә millimizin ümumi çıxışı mәni qane edir. 4 qızıl, iki bürünc yaxşı nәticәdir. Şahin Atamovla, Niyazinin dә bәxti gәtirmәdi. Onlar da çox güclü idmançılardır. Bundan sonra hәdәf qarşıdakı dünya vә Avropa çempionatında qızıl medal qazanmaqdır. Ondan sonra İslam Olimpiadasında da birinci olmaq istәyirәm”.

Elsevər