Manaf oğluna Məhərrəmliyin ilk günü toy edir

manaf-ogluna-meherremliyin-ilk-gunu-toy-edir
Oxunma sayı: 5582

Müğənni Manaf Ağayev bu gün oğluna toy çaldırır. “Qafqazinfo” Primetime.az-a istinadən xəbər verir ki, “Niel” şadlıq sarayında baş tutacaq məclis yalnız kişilər üçün nəzərdə tutulub.

Məhərrəm ayının ilk günü övladına toy edən ifaçı məsələyə belə aydınlıq gətirib:

“Məhərrəm ayı sabah başlayır. Biz saat 2-də başlayıb axşam 6-7 yə məclisi bitirəcəyik. Məhərrəmlik axşam girir”. 

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlanılıb. İdarədən məhərrəm ayının artıq başladığı və bunun saatla tənzimlənmədiyi deyilib.