Manana duet oxudu- - Video

manana-duet-oxudu-
Oxunma sayı: 1336


“Qafqazinfo”nun məlumatına görə, ölməz sənətkar Müslüm Maqomayevin ifasında dillər əzbərinə çevrilmiş mahnını sənətçilər rus dilində səsləndiriblər.

Əməkdar artist yeni dueti haqda  təəssüratlarını bölüşüb:

“Bu mahnını ifa etmək istənilən müğənnidən böyük məsuliyyət tələb edir. Azərbaycanda elə dinləyici tapılmaz ki, "Sinyaya veçnost"ı sevməsin. Həm mən, həm də Murad uzun illərdir ki, bu mahnını repertuarımıza daxil etmişik. 

Şadam ki, bizim Muradla ilk duetimiz məhz bu mahnı oldu. Mən Murad Sadıxın nəinki özünü, ailə üzvlərini də çox istəyirəm. 

O, çox tərbiyəli və istedadlı ifaçıdır. İlk işbirliyimiz gözlədiyimizdən də uğurlu alındı. İnanıram ki, oxucularınız da öz müsbət rəylərini verəcəklər". 

Murad Sadıx isə açıqlamasında bildirib ki, Manan ilə duet oxumaq onun üçün qürurverici haldır:

“İlk duetimi Azərbaycanın çox güclü səslərindən biri olan, əməkdar artist Manana Caparidze ilə yazdırdım. O, çox peşəkar müğənni olmaqla yanaşı gözəl dost, qayğıkeş anadır.

Əslində bu dueti biz bir neçə ay bundan əvvəl dinləyicilərə təqdim etməliydik. Sadəcə Manana xanımın tez-tez qastrol səfərlərində olması mahnını lentə aldırmağımızı yubadırdı. 

Amma gözləməyə dəyərdi. Tərifləmək kimi çıxmasın, "Sinyaya veçnost" bizim ifamızda gözəl və fərqli alındı. Mənə bacılarım qədər dəyərli olan Mananaya da özümə də bol-bol yaradıcılıq uğurları arzulayıram”.

Könül