Mananadan yenilik

mananadan-yenilik
Oxunma sayı: 745

Azərbaycanın əməkdar artisti Manana Caparidze yeni klipini təqdim edib. 

“Qafqazinfo” xəbər verir ki, müğənninin “Party Music” mahnısına çəkilən ekran işi “Youtube” sosial şəbəkəsində yerləşdirilib. 

Manana fərqli imicdə kamera qarşısına keçib. Belə ki, ifaçı xarici görünüşündə yenilik edərək saçlarının rəngini dəyişdirib, fərqli bir makiyaj etdirib. 

Qeyd edək ki, klipin rejissoru Ceyhun Kərimovdur.