Axşam.az-ın “1news.az”-a istinadən xəbərinə görə, sənətçinin yaxınları onun oğlunun dünyaya gəldiyini bildiriblər.
Körpə problemsiz doğulub, ana və uşaq özlərini yaxşı hiss edir.
Xatırladaq ki, Manana 2008-ci ildə Georgi Qabalave adlı iş adamı ilə ailə qurub. Onların Elizabet adlı bir qız övladı da var.
Qeyd edək ki, Manana açıqlamalarının birində oğlu olacağını və ona dini ad qoyacağını bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər