Manat həftəyə belə başladı

manat-hefteye-bele-basladi
Oxunma sayı: 2946

Azərbaycan Mərkəzi Bankı 7 iyun tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2.0686, 1 türk lirəsi 0.1960, 1 rus rublu 0.0233, 100 İran rialı 0.0040, 1 gürcü larisi 0.5393 manatdır.