Zərərçəkən Ramazan Səlimovun vəkili İradə Cavadova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onlar məhkəmədə çıxış edərək devalvasiyaya görə əlavə pul tələb ediblər: “2012-cü ildə alınan pul qaytarılmayıb. 300 min borc müqaviləsi, 34 min hədiyyələrin alınması ilə bağlı idi. Əlavə olaraq hər il 5% tutulmasını əlavə etdik. Bununla 345 min manat oldu. Bu ilin fevralın 21-də olan devalvasiyaya görə dəymiş ziyanı əlavə etdik. Bu da 90 min etdi, ümumilikdə 569 min manat pul tələbi qoyuldu”.
Vəkil çıxışında daha çox mülki iddia üzərində dayanıb və təqsirləndirilən şəxsə daha sərt cəza istəyib.
Növbəti məhkəmə prosesi martın 10-na təyin olunub. Elman Məmmədov və Həsən Əliyevin vəkilləri çıxış edəcək.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər