İngiltərə Premyer Liqasında 33-cü turun oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, turun mərkəzi qarşılaşması “Mançester Siti” və “Mançester Yunayted” arasında baş tutub.
Azarkeşlər derbidə 5 qol izləyiblər.
“Mançester Siti” ilk hissədə 2 öndə olsa da, “Mançester Yunayted” əzmkarlıq nümayiş etdirərək önə çıxmağı bacarıb. Belə ki, ikinci hissədə 3 qol vuran qonaqlar matçdan 3:2 hesablı qələbə ilə ayrılıb.
“Mançester Siti” - “Mançester Yunayted” - 2:3
Qollar: Kompani, 25; İlkay, 30 - Poqba, 53, 55; Smollinq, 69
Son xəbərlər
Son Xəbərlər