İngiltərə Premyer Liqasının 27-ci turunda “Mançester Siti” evdə “Mançester Yunayted”lə qarşılaşıb.
“Qafqazinfo” xəbər verir ki, “şəhərlilər” rəqibini 3:1 hesabı ilə məğlub edib.
Fil Foden 2 qol, Erlinq Haaland isə 1 qolla fərqlənib. “Mançester Yunayted”in yeganə qolunu isə Markus Reşford vurub.
Qeyd edək ki, Pep Quardiolanın çalışdırdırdığı komanda ardıcıl 55-ci ev oyununda qol vurmağı bacarıb.