“Mançester Siti” “Çelsi”ni qol vurmağa peşman etdi

mancester-siti-celsini-qol-vurmaga-pesman-etdi
Oxunma sayı: 1470

İngiltərə Premyer Liqasında 23-cü turun mərkəzi görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Mançester Siti” və “Çelsi” komandaları üz-üzə gəlib. 

Matçda hesabı 3-cü dəqiqədə London təmsilçisi açsa da, qarşılaşma “vətəndaşlar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Mançester Siti”nin qollarını Yoşko Qvardiol, Erlinq Holann və Fil Foden vurublar. “Çelsi”nin yeganə qoluna isə Noni Madueke imza atıb.

Bu nəticədən sonra xallarını 41-ə çatdıran “Mançester Siti” 4-cü pilləyə yüksəlib. “Çelsi” isə 40 xalla 6-cı yerdə qalıb.