“Mançester Siti” çempion!

mancester-siti-cempion
Oxunma sayı: 2371

İngiltərə Premyer Liqasında 2020-2021 mövsümünün qalibi müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, "Mançester Siti" sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Liderin ən yaxın izləyicisi "Mançester Yunayted"in bu gün öz meydanında "Lester"ə uduzması (1:2) "şəhərlilər"i vaxtından əvvəl çempion edib.

Qeyd edək ki, hazırda Pep Qvardiolanın komandasının 80, "qırmızı şeytanlar"ın isə 70 xalı var. Bu, "Mançester Siti"nin ümumlikdə 7-ci, Qvardiola ilə isə 3-cü çempionluğudur.