“Mançester Siti” çempion!

mancester-siti-cempion
Oxunma sayı: 2824

“Mançester Siti” klubu növbəti dəfə İngiltərə Premyer Liqasının qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, “Mançetser Siti” XXXVIII turda “Vest-Hem”lə qarşılaşıb.

Oyun “şəhərlilərin” 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da “Mançetser Siti” aktivindəki xalların sayını 91-ə çatdırıb.

Qeyd edək ki, bu, “Mançester Siti”nin Premyer Liqada ardıcıl dördüncü çempionluğudur.