“Mançester Siti” çempionluğa qucaq açdı- - Video

mancester-siti-cempionluga-qucaq-acdi-
Oxunma sayı: 1107


“Qafqazinfo” xəbər verir ki, “Mançester Siti” “Aston Villa”nı qonaq edib və 4-0 hesablı qələbə qazanıb. Çempionatın bitməsinə 1 tur qalmış və əsas rəqib “Liverpul”un “Kristal Palas”la 3-3 hesablı bərabərlik əldə etməsindən  sonra “Siti”nin qələbəsi çempionluq üçün böyük əhəmiyyət kəsb edib. Son turda “Mançester”in qazanacağı oyun onu Premyer Liqa çempionu edəcək.

 Oyuna gəldikdə isə Edin Dzekonun iki qolu,Yovetiç və Yaya Turenin qolları komandaya 3 xal qazandırıb. Hazırda 83 xalla lider olan “Mançester Siti” “Liverpul”u 2 xal qabaqlayır.

 

İqbal