“Mançester Siti” də uduzarmış

mancester-siti-de-uduzarmis
Oxunma sayı: 647

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Londonda “Çelsi” çempionatın lideri “Mançester Siti”ni qəbul edib. “Şəhərlilər” oyunun ilk dəqiqələrində Balotellinin qolu ilə hesabı açıblar. Lakin “zadəganlar” oyunda dönüş yarada bilib. 34-cü dəqiqədə Ramires hesabı bərabərləşdirib. 58-ci dəqiqədə qonaqların müdafiəçisi Qael Klişi meydandan qovulduqdan sonra “Çelsi”nin işi bir qədər asanlaşıb. Oyunun 82-ci dəqiqəsində Frenk Lempard penalti zərbəsini dəqiq yerinə yetirib və komandasına qələbə qazandırıb – 2:1.
Beləliklə, “Mançester Siti” bu mövsüm premyer-liqada ilk məğlubiyyətini alıb. Buna baxmayaraq MS 38 xalla turnir cədvəlinə başçılıq edir.

Ceyhun Əhmədov