“Mançester Siti” liderliyə yüksəldi - Video

mancester-siti-liderliye-yukseldi
Oxunma sayı: 1424

İngiltərə Premyer Liqasında 26-cı tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, çempionluq mübarizəsi aparan “Mançester Siti” səfərdə “Everton”la qarşılaşıb.

Pep Qvardiolanın komandası rəqibini 2:0 hesabı ilə məğlub etməyi bacarıb.

“MS” bu qələbə sayəsində xalını 62-yə çatdırıb və eyni xala malik “Liverpul”u top fərqibin daha yaxşı nisbətinə görə geridə qoyaraq liderliyə yüksəlib.

Qeyd edək ki, “Liverpul” fevralın 9-da “Bornmut”la qarşılacaq.

“Everton” - “Mançester Siti” - 0:2

Qollar:Laporte, 45+2, Jezuş, 90+8