“Mançester Siti” tarixində ilk dəfə ÇL-in finalında!

“Mançester Siti” tarixində ilk dəfə ÇL-in finalında!
Oxunma sayı: 3292

Futbol üzrə UEFA Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib.

“Qafqazinfo” xəbər verir ki, yarımfinal mərhələsinin ilk cavab matçı İngiltərədə baş tutub. Burada “Mançester Siti” Fransa çempionu PSJ ilə üz-üzə gəlir.

İlk oyunda rəqibinə səfərdə qalib gəlmiş mançesterlilər, cavab qarşılaşmasında da fransızların üzərində qələbə qazanıb - 2:0. Hər iki görüşdə qələbə qazanan "şəhərlilər" tarixində ilk dəfə Çempionlar Liqasının finalına yüksəlib.

Qeyd edək ki, digər yarımfinal oyunu bu gün “Real” (İspaniya) ilə “Çelsi” (İngiltərə) arasında baş tutacaq.

UEFA Çempionlar Liqası

Yarımfinalın cavab oyunu

4 may

23:00. “Mançester Siti” – PSJ - 2:0

Qol: R.Mahrez, 11, 63

Baş hakim: Byörn Kuypers (Niderland).

Mançester. “Etihad” stadionu.

İlk oyun – 2:1.