“Mançester Siti” “Real”a qalib gəldi, “Yuventus” uduzdu - Video

mancester-siti-reala-qalib-geldi-yuventus-uduzdu
Oxunma sayı: 4959

Bu gün UEFA Çempionlar Liqasında daha 2 qarşılaşma keçirilib.

“Qafqazinfo” xəbər verir ki, turnirin favoritlərindən olan “Yuventus” səfərdə “Lion”un qonağı olub. Qarşılaşma fransızların 1:0 hesablı qələbəsiylə başa çatıb.

Günün digər matçında isə “Real” və “Mançester Siti” üz-üzə gəlib. Madridlilər hesabı açan tərəf olsa da,  5 dəqiqəyə iki qol buraxaraq üstünlüyü əldən veriblər.

Çempionlar Liqası, 1/8 final mərhələsi

“Lion” – “Yuventus” - 1:0 

Qol: Tousort, 31

Lion. “Park Olimpik Lion”. Hakim: Jesus Manzano

“Real” – “Mançester Siti” - 1:2

Qol: İsko, 60 - Qabriel Jesus, 78, Kevin de Brüne, 83,

Madrid. “Santiaqo Bernabeu”. Hakim: Daniel Orsato