“Mançester Siti” rəqibini darmadağın etdi - Video

mancester-siti-reqibini-darmadagin-etdi
Oxunma sayı: 2627

İngiltərə kubokunun 1/32 final mərhələsində “Mançester Siti” “Roterhem Yunayted”i qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Siti futbolçuları rəqibin qapısından 7 qol keçirib. Qolların müəllifləri Rəhim Sterlinq, Filip Foden, Oluvasemilovo Acayi, Qabriel Jezus, Riyad Marez, Nikolas Otamendi və Leroy Sane olublar.

Xosep Qvardiolanın komandası bu qələbə ilə 1/16 finala yüksəlib.