“Mançester Siti”dən 57 milyonluq transfer

mancester-sitiden-57-milyonluq-transfer
Oxunma sayı: 636

Dani Alveşi “əlindən qaçıran” “Mançester Siti” müdafiənin sağ cinahına Kayl Uolkeri transfer etməyi qərara alıb.

“Qafqazinfo” Goal-a istinadən xəbər verir ki, “şəhərlilər” 27 yaşlı futbolçunun keçidi üçün “Tottenhem”lə 57 milyon avro qarşılığında razılaşıb.

Quardiola 17 iyulda Amerika turuna çıxmadan öncə Uolkeri heyətə daxil etmək istəyir.

Qeyd edək ki, İngiltərə millisinin də üzvü olan təcrübəli oyunçu son mövsümdə “Tottenhem”də 39 matçda forma geyinib və 5 məhsuldar ötürmə edib.