“Mançester Siti”dən daha bir rekord transfer

mancester-sitiden-daha-bir-rekord-transfer
Oxunma sayı: 690

“Monako”nun sol cinah müdafiəçisi Benyamin Mendi “Mançester Siti”yə keçib.

“Qafqazinfo” xəbər verir ki, 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Mendi üçün “Monako”ya 58,2 milyon avro ödənilib. Bununla da tarixin ən bahalı ikinci müdafiəçisi olub.

Ən bahalı müdafiəçi isə ötən il "Çelsi"dən PSJ-yə 62,5 milyon avroya keçən David Luizdir.

Qeyd edək ki, Mendi iki il öncə “Marsel”dən 13 milyo avroya alınmışdı.