“Mançester Siti”nin futbolçusu karyerasını ABŞ-də davam etdirə bilər

mancester-sitinin-futbolcusu-karyerasini-abs-de-davam-etdire-biler
Oxunma sayı: 1809

Belçika millisinin və “Mançester Siti”nin futbolçusu Kevin De Bruyne ABŞ-nin MLS çempionatında çıxış edə bilər.

“Qafqazinfo” “The Atletic”ə istinadən xəbər verir ki, “San Dieqo” klubu 32 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

Məlumata görə, tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, De Bruyne cari mövsüm “şəhərlilər”in heyətində 25 oyuna çıxıb və 6 qol vurub.