“Mançester Siti”nin sabiq futbolçusu Azərbaycandan təklif alıb

“Mançester Siti”nin sabiq futbolçusu Azərbaycandan təklif alıb
Oxunma sayı: 1600

Uels millisinin sabiq futbolçusu Neyl Teylor Azərbaycandan təklif alıb.“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

 Bildirilib ki, hazırda azad agent olan cinah müdafiəçisi Azərbaycanla yanaşı, Türkiyə və Hindistandan da təklif alıb.

Son klubu "Midlsbro" olan uelsli futbolçu daha əvvəl "Mançester Siti", "Aston Villa" kimi komandalarda forma geyinib.

Teylor Uels yığmasında 48 matça çıxıb.