“Mançester Siti”yə şok cəza - Avrokuboklardan kənarlaşdırıldı

mancester-sitiye-sok-ceza
Oxunma sayı: 3459

UEFA İngiltərənin "Mançester Siti" klubuna ağır cəza tətbiq edib.

"Qafqazinfo" qurumun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi iki mövsümlük avrokuboklardan kənarlaşdırılıb. 

Buna klubun maliyyə feyr-pley qaydalarını pozması səbəb olub. Cəzanın 2020/2021 və 2021/20222 mövsümlərini əhatə etdiyi bildirilib. 

Bundan başqa, Premyer Liqa təmsilçisi 30 milyon avro məbləğində cərimələnib.

Qeyd edək ki, "Mançester Siti"nin İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edə biləcəyi vurğulanıb.