“Mançester Yunayted” 85 milyona futbolçu aldı

mancester-yunayted-85-milyona-futbolcu-aldi
Oxunma sayı: 2234

Dortmund Borussiyasının futbolçusu Ceydon Sanço karyerasını Mançester Yunayteddə davam etdirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin saytı məlumat yayıb.

Müqaviləyə əsasən, “Mançester Yunayted” 21 yaşlı yarımmüdafiəçi üçün 85 milyon avro təzminat ödəyəcək. Beləliklə, o, Pol Poqba (105 milyon avro) və Harri Maquayrdan (87 milyon avro) sonra klub tarixinin ən bahalı 3-cü futbolçusu olacaq.

Sanço tibbi müayinədən keçdikdən sonra 5 illik müqaviləyə imza atacaq.

Britaniya mətbuatı onun Mançester təmsilçisində həftəsinə 250 min funt sterlinq qazanacağını yazıb.