“Mançester Yunayted” - “Çelsi” oyunu qolsuz başa çatıb

mancester-yunayted-celsi-oyunu-qolsuz-basa-catib
Oxunma sayı: 845

Futbol üzrə İngiltərə Premyer Liqasının 26-cı turunun mərkəzi qarşılaşması keçirilib.

"Qafqazinfo" xəbər verir ki, “Stenford Bric” stadionunda “Çelsi” klubu doğma azarkeşlər önündə “Mançester Yunayted” komandasını qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab açılmayıb.

Bu nəticədən sonra xal ehtiyatını 50-yə çatdıran “Mançester Yunayted” turnir cədvəlində ikinci yerə yüksəlib, “Çelsi” isə 44 xalla beşinci yerdə qərarlaşıb.