“Mançester Yunayted” “Çelsi”ni darmadağın etdi - Fotolar + Video

mancester-yunayted-celsini-darmadagin-etdi
Oxunma sayı: 2823

Futbol üzrə İngiltərə Premyer Liqasının yeni mövsümdə birinci turunun növbəti oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Mançester Yunayted” evdə Frenk Lempardın rəhbərliyi altında ilk rəsmi oyununa çıxan “Çelsi”ni qəbul edib. Matç ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun birinci hissəsində Markus Reşford penalti zərbəsini yerinə yetirib və komandasının ilk qolunu vurub.

İkinci hissənin 65-ci dəqiqəsində Antoni Marsyal fərqlənib.

67-ci dəqiqədə Reşford ikinci qolunu vurub.

81-ci dəqiqədə isə sonuncu topu qapıdan Ceyms Deniel keçirib.