Dortmund “Borussiya”sının erməni futbolçusu Henrix Mxitaryan karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
“Qafqazinfo” xәbәr verir ki, 27 yaşlı yarımmüdafiəçinin “Mançester Yunayted”lə anlaşıb.
Tərəflər 3 illik müqavilə imzalayıb. Mxitaryanın transferi "qırmızı şeytanlar"a 42,5 milyon avroya başa gəlib.
Qeyd edək ki, Mxitaryan 2013-cü ildən "Borussiya"da çıxış edirdi.
Son xəbərlər
Son Xəbərlər