İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
"Qafqazinfo" xəbər verir ki, “Hall Siti” öz meydanında “Mançester Yunayted”i qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatsa da, “Mançester Yunayted” iki görüşün nəticəsinə əsasən (ilk oyun - 2:0) finala adlayan tərəf olub.
“Hall Siti” – “Mançester Yunayted” – 2:1
Qollar: Huddeston, 35 (1:0), Poqba, 66 (1:1), Niasse, 85 (2:1)
Qeyd edək ki, ilk oyun 0:2 “Mançester Yunayted”in qələbəsi ilə başa çatmışdı.
Son xəbərlər
Son Xəbərlər